Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 349 yeni yoluxma
faktı qeydə alınıb, 494 nəfər müalicə olunaraq sağalıb və evə
buraxılıb.
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ
Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan
12 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 226 549 nəfərin koronavirus
infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 213 773
nəfər müalicə olunaraq sağalıb, 2 983 nəfər vəfat edib, aktiv xəstə
sayı 9 793 olub.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə
əlaqədar 7 231, bu günə qədər isə ümumilikdə 2 302 843 test icra
olunub.
Mənbə: report.az