2020-ci ilin dekabr ayında yaşayış minimumu bir əvvəlki aya görə 3
lari artıb.
Milli Statistika İdarəsinin məlumatına görə, noyabr ayında əmək
qabiliyyətli yaşda olan kişi üçün yaşayış minimumu 189,5 lari
təşkil edirdisə, dekabr ayında bu məbləğ artıq 192,5 lari
olmuşdur.
2019-cu ilin eyni dövrü ilə müqayisədə dekabr ayında əmək
qabiliyyətli yaşda olan kişi üçün yaşayış minimumu 2,3 lari
azalmışdı. Keçən ilin dekabr ayında yaşayış minimumu 194,8 lari
təşkil edirdi.
"Saktata" görə, orta istehlakçının yaşayış minimumu dekabr ayında
noyabr ayına görə 2,6 lari artaraq 170,5 lari olub. Noyabr ayında
bu məbləğ 167,9 lari idi. 2019-cu ilin eyni dövrünə gəlincə, keçən
ilin dekabr ayında orta istehlakçının yaşayış minimumu 172,5 larini
təşkil edirdi.