Şərqi Avropa Çoxpartiyalı Demokratiya Mərkəzi (EECMD) "Bölgələri
Məlumatla təmin etmə və Demokratiya üçün Seçicilərin
Səlahiyyətləndirilməsi" (DRİVE Democracy: Developing Regional
İnformation and Voter Eprowerment for Democracy) layihəsi
çərçivəsində iştirakçıların ikinci qrupunun qəbulunu elan edib.
DRIVE Democracy Şərqi Avropadakı Çoxpartiyalı Demokratiya Mərkəzi
(EECMD) tərəfindən ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID)
maliyyəsi və İqtisadi Siyasət Araşdırmaları Mərkəzinin (EPRC)
tərəf-müqabilliyi ilə həyata keçirilir.
Layihə ilə nəzərdə tutulan fəaliyyətlər seçicilərin
məlumatlandırılmasına və gücləndirilməsinə, seçilən məmurların
siyasi məsuliyyətinin keyfiyyətcə yaxşılaşdırılmasına və siyasi
partiyaların proqramlarında vətəndaşların maraqlarının nəzərə
alınmasına xidmət edir. Layihə, Gürcüstanda da siyasi və demokratik
mədəniyyətin yaxşılaşdırılmasına yönəlib.
Kimlər iştirak edə bilər?
Telavi, Qori, Kutaisi, Batumi və Tbilisi şəhərlərində, aktiv,
vətəndaşlıq fəaliyyətləri ilə məşğul olan, könüllülük, dövlət
siyasəti və demokratiya ilə maraqlanan 18 yaş və üstü vətəndaşlar
müraciət edə bilər. Layihədə iştirak pulsuzdur.
Layihə nəyi nəzərdə tutur?
Layihə intensiv təlim kursunu əhatə edir, bundan sonra iştirakçılar
regional inkişafın ehtiyaclarının tədqiqatında və siyasi sənədlərin
hazırlanmasında iştirak edəcək, yüksək səviyyəli siyasi dialoq
formatı iclaslarında, vətəndaş konqresində və qrant müsabiqəsində
iştirak edəcəklər. Onlayn təlimlər 2021-ci ilin fevralında
başlayacaq və aprel ayında başa çatacaq, layihənin nəzərdə tutduğu
digər fəaliyyətlər isə 2021-ci il ərzində mərhələlərlə həyata
keçiriləcəkdir.
İştirakçılar necə seçilir?
Layihə iştirakçıları onlayn müraciət və müsahibə yolu ilə
seçiləcəkdir. Müraciət üçün son tarix 2021-ci ilin yanvarın
17-dir.
EECMD və/və ya layihə haqqında daha çox məlumat üçün www.eecmd.org
saytına daxil olun.
Bu fəaliyyət Amerika Birləşmiş
Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi (USAID) vasitəsilə Amerika
xalqının səxavətli dəstəyi sayəsində mümkün olmuşdur.
Müraciətlər Telavi, Qori, Kutaisi, Batumi və Tbilisidə qəbul
olunur.
Mənbə: eecmd.org