DRIVE Democracy - Layihə iştirakçısı ol!
Şərqi Avropa Çoxpartiyalı Demokratiya Mərkəzi (EECMD) "Bölgələri Məlumatla təmin etmə və Demokratiya üçün Seçicilərin Səlahiyyətləndirilməsi" (DRİVE Democracy: Developing Regional İnformation and Voter Eprowerment for Democracy) layihəsi çərçivəsində iştirakçıların ikinci qrupunun qəbulunu elan edib.

DRIVE Democracy Şərqi Avropadakı Çoxpartiyalı Demokratiya Mərkəzi (EECMD) tərəfindən ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyəsi və İqtisadi Siyasət Araşdırmaları Mərkəzinin (EPRC) tərəf-müqabilliyi ilə həyata keçirilir.

Layihə ilə nəzərdə tutulan fəaliyyətlər seçicilərin məlumatlandırılmasına və gücləndirilməsinə, seçilən məmurların siyasi məsuliyyətinin keyfiyyətcə yaxşılaşdırılmasına və siyasi partiyaların proqramlarında vətəndaşların maraqlarının nəzərə alınmasına xidmət edir. Layihə, Gürcüstanda da siyasi və demokratik mədəniyyətin yaxşılaşdırılmasına yönəlib.

Kimlər iştirak edə bilər?

Telavi, Qori, Kutaisi, Batumi və Tbilisi şəhərlərində, aktiv, vətəndaşlıq fəaliyyətləri ilə məşğul olan, könüllülük, dövlət siyasəti və demokratiya ilə maraqlanan 18 yaş və üstü vətəndaşlar müraciət edə bilər. Layihədə iştirak pulsuzdur.

Layihə nəyi nəzərdə tutur?

Layihə intensiv təlim kursunu əhatə edir, bundan sonra iştirakçılar regional inkişafın ehtiyaclarının tədqiqatında və siyasi sənədlərin hazırlanmasında iştirak edəcək, yüksək səviyyəli siyasi dialoq formatı iclaslarında, vətəndaş konqresində və qrant müsabiqəsində iştirak edəcəklər. Onlayn təlimlər 2021-ci ilin fevralında başlayacaq və aprel ayında başa çatacaq, layihənin nəzərdə tutduğu digər fəaliyyətlər isə 2021-ci il ərzində mərhələlərlə həyata keçiriləcəkdir.

İştirakçılar necə seçilir?

Layihə iştirakçıları onlayn müraciət və müsahibə yolu ilə seçiləcəkdir. Müraciət üçün son tarix 2021-ci ilin yanvarın 17-dir.

EECMD və/və ya layihə haqqında daha çox məlumat üçün www.eecmd.org saytına daxil olun.


Bu fəaliyyət Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi (USAID) vasitəsilə Amerika xalqının səxavətli dəstəyi sayəsində mümkün olmuşdur.

Müraciətlər Telavi, Qori, Kutaisi, Batumi və Tbilisidə qəbul olunur.

Mənbə: eecmd.org
Print