Gürcüstan Azərbaycandan tikinti materialları idxalını azaldıb
2020-ci ildə Gürcüstan Azərbaycandan 18 480.40 min ABŞ dolları dəyərində 381 524.61 ton sement idxal edib.

Bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib. Qeyd olunub ki, ötən il Azərbaycandan idxal edilən məhsulun dəyəri illik müqayisədə 5 403.81 min dollar və ya 22.6%, həcmi isə 63 890.73 ton və ya 14.3% azalıb.

Hesabat dövründə ölkənin Azərbaycandan armatur idxalının həcmi isə illik müqayisədə 7 288.87 ton və ya 20% azalaraq 29 081.30 ton təşkil edib. İdxal edilən məhsulun ümumi dəyəri 12880.70 min ABŞ dollarına bərabər olub.

Mənbə:apa.az
Print Email
FaceBook Twitter Google