Ötən il Gürcüstan Azərbaycana 585.28 min ABŞ dolları dəyərində
142.01 ton üzüm şərabı ixrac edib.
Bu barədə Gürcüstan Milli Statistika İdarəsinin ilkin hesablamalara
əsasən təqdim etdiyi hesabatında bildirilib.
İxrac edilən məhsulun dəyəri illik ifadədə 229.37 min dollar və ya
28.1% azalıb, həcmi isə 6.06 ton və ya 4.45% artıb.
2019-cu ildə Gürcüstan Azərbaycana 814.65 min dollar dəyərində
135.95 ton üzüm şərabı ixrac edib.
Mənbə: apa.az