Gürcüstanın ötən il Azərbaycandan idxal etdiyi elektrik enerjisinin dəyəri açıqlanıb
2020-ci ildə Gürcüstan Azərbaycandan 36 397.26 min ABŞ dolları dəyərində elektrik enerjisi idxal edib.

Bu barədə Gürcüstan Milli Statistika İdarəsinin ilkin hesablamalara əsasən təqdim etdiyi hesabatında bildirilib. Qeyd olunub ki, bu göstərici 2019-cu illə müqayisədə 19 131.97 min ABŞ dolları və ya 34.5% azdır. Belə ki, 2019-cu ildə Gürcüstanın Azərbaycandan idxal etdiyi elektrik enerjisinin dəyəri 55 529.23 min dollar təşkil edib.

Qeyd edək ki, Gürcüstanın Elektrik Enerjisi Sisteminin Kommersiya Operatorunun (ESCO) hesabatına əsasən 2020-ci ildə Azərbaycandan 726,3 milyon kilovatt/saat həcmində elektrik enerjisi idxal edilib. Bu əvvəlki illə müqayisədə 34% azdır. Ötən il Gürcüstanın idxal etdiyi elektrik enerjisinin 45,1%-ni Azərbaycan tədarük edib.

Mənbə: apa.az
Print Email
FaceBook Twitter Google