26 yanvar tarixində Marneuli Bələdiyyə Məclisinin iclası baş
tutacaq. 2021-ci ilin ilk Bələdiyyə Məclisində deputatlar bələiyyə
büdcəsinin təsdiqlənməsi barədə qərar qəbul etməlidir.
Marneuli Bələdiyyə Məclisi Aparatının rəhbəri Nino Beridze
“Marneuli” radiosuna bildirdi ki, büdcə layihəsinin yekun variant
hazırdır. Sabah isə deputatlar layihəni dəstəkləyib
dəstəkləmədiklərinə qərar verəcəklər.
Koronavirus pandemiyasına görə bələdiyyə 2021-ci il büdcəsinin
ictimai müzakirəsini geniş formatda keçirməyib. Vətəndaşlara
2021-ci ilin büdcəsi ilə bağlı qeydlərini yalnız elektron qaydada
göndərə bilərlər.
Marneuli meriyasının Maliyyə-Büdcə Xidmətinin rəhbəri Vüqar
Məmmədov “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki,
büdcənin hazırlanması prosesinə fiziki imkanları məhdud şəxslər və
Marneulinin Gender Bərabərliyi Şurası da qoşulubmuş.
“Biz bütün tərəflərin mövqeyini öyrəndik və mümkün
qədər 2021-ci ilin büdcəsində nəzərə aldıq. Bildiyiniz kimi ictimai
müzakirə üçün də büdcə layihəsini yayımladıq və bütün qaydalara
riayət etdik”, - Vüqar Məmmədov dedi.
Gürcü dili müəllimi və kəndlərdə zibil qutuları – bu mövzular
2021-ci ilin büdcəsində gender bərabərliyi şurası tərəfindən irəli
sürülüb.
2021-ci ilin büdcə layihəsinə görə, Marneuli meriyası ən az vəsaiti
səhiyyə üçün xərcləməyi planlaşdırır. İctimai səhiyyə xidmətçiləri
üçün meriyanın büdcəsində 190 000 lari nəzərdə tutulub.
Marneuli meiryası ən çox vəsaiti — 6 960 400 lari mənzil kommunal
təsərrüfatı istiqamətində xərcləməyi planlaşdırır. Mənzil kommunal
təsərrüfatları istiqamətinə mənzil tikintisi, kommunal təsərrüfatın
inkişafı, su təchizatı, küçələrin işıqlandırılması və
mənzil-kommunal sahəsində digər xərclər daxildir.
Nə qədər vəsait ayrılması planlaşdırılıb:
- Binaların tikilməsi - 420 000 lari
- Kommunal təsərrüfatın inkişafı - 231 500
lari
- Su təchizatı - 4 078 200 lari
- Küçə işıqlandırması - 1 554 700 lari
- Mənzil-kommunal sahədəki digər xərclər - 676 000
lari
2021-ci ilin büdcə layihəsinə əsasən icraçı və nümayəndəlik
orqanlarının fəaliyyətinin təmin edilməsi, maliyyə işləri, xarici
əlaəqlər üçün 6 401 800 lari nəzərdə tutulub. Bu istiqamətə 6 251
800 lari nəzərdə tutulmuş icraçı və nümayəndəlik orqanlarının
fəaliyyətinin təmin edilməsi daxildir.
Nə qədər vəsait ayrılması planlaşdırılıb:
- Nümayəndəlik orqanı (Bələdiyyə Məclisi) – 1 454 000
lari
- Icraçı orqan (meriya) – 4 797 800 lari
- Maliyyə işləri - 150 000 lari
Marneuli meriyasl Hərbi qeydiyyat, çağırış və səfərbərlik xidməti
üçün büdcədə 215 600 lari nəzərdə tutub.
Kənd təsərrüfatı, nəqliyyat və avtomobil nəqliyyatı, yolların daxil
olduğu iqtisadi işlər istiqamətində Marneulinin 2021-ci il
büdcəsində 3 187 200 lari nəzərdə tutulub.
Nə qədər vəsait ayrılması planlaşdırılıb:
- Kənd təsərrüfatı - 562 500 lari
- Nəqliyyat - 2 624 700 lari
- Avtomobil nəqliyyatı və yollar - 2 624 700
lari
Meriya tullantıların toplanması, emal edilməsi və məhv edilməsi,
çirkab sularının idarə olunmasının da daxil olduğu ekologiya
istiqamətində 2 617 800 lari xərcləməyi planlaşdırır.
Nə qədər vəsait ayrılması planlaşdırılır:
- Tullantıların toplanması, emalı və məhv edilməsi - 2
267 100 lari
- Çirkab sularının idarə olunması - 350 000
lari
Marneuli bələdiyyəsinin 2021-ci il büdcə layihəsinə əsasən
istirahət, mədəniyyət və din istiqamətində 3 726 600 lari
xərclənməsi nəzərdə tutulub. Bu istiqamətə istirahət və idman
sahəsində xidmət, mədəniyyət sahəsində xidmət, tele-radio yayımı və
nəşriyyat işləri, dini və başqa ictimai fəaliyyətlər və istirahət,
mədəniyyət və din sahəsində digər işlər.
Nə qədər vəsait ayrılmaıs planlaşdırılır:
- İstirahət və idman sahəsində xidmət - 1 906 000
lari
- Mədəniyyət sahəsində xidmət - 1 414 600
lari
- Tele-radio yayım və nəşriyyat işləri - 86 000
lari
- Dini və başqa ictimai işlər - 210 000
lari
- İstirahət, mədəniyyət və din sahəsində digər işlər -
110 000 lari
2021-ci ilin büdcəsində təhsil sahəsində 4 578 600 nəzərdə tutulub.
Təhsil sahəsinə məktəbəqədər və ümumi təhsil daxildir.
- Məktəbəqədər təhsil - 4 506 600 lari
- Ümumi təhsil - 72 000 lari
Marneuli meriyası 2021-ci ilin büdcə layihəsində sosial müdafiə
sahəsinə 1 630 000 lari nəzərdə tutub. Bu sahəyə xəstələrin və
fiziki imkanları məhdud şəxslərin sosial müdafiəsi, ailə və
uşaqların sosial müdafiəsi və sosial müdafiə sahəsində digər işlər
daxildir.
Nə qədər vəsait ayrılması planlaşdırılır:
- Xəstələrin və fiziki imkanları məhdud şəxslərin sosial
müdafiəsi – 1 150 000 lari
- Ailələrin və uşaqların sosial müdafiəsi – 475 000
lari
- Sosial müdafiə sahəsindəki digər işlər – 5000
lari