Marneulinin 2021-ci il büdcəsinin təsdiqlənməsi barədə sabah qərar qəbul edəcəklər

26 yanvar tarixində Marneuli Bələdiyyə Məclisinin iclası baş tutacaq. 2021-ci ilin ilk Bələdiyyə Məclisində deputatlar bələiyyə büdcəsinin təsdiqlənməsi barədə qərar qəbul etməlidir.



Marneuli Bələdiyyə Məclisi Aparatının rəhbəri Nino Beridze “Marneuli” radiosuna bildirdi ki, büdcə layihəsinin yekun variant hazırdır. Sabah isə deputatlar layihəni dəstəkləyib dəstəkləmədiklərinə qərar verəcəklər.

Koronavirus pandemiyasına görə bələdiyyə 2021-ci il büdcəsinin ictimai müzakirəsini geniş formatda keçirməyib. Vətəndaşlara 2021-ci ilin büdcəsi ilə bağlı qeydlərini yalnız elektron qaydada göndərə bilərlər.

Marneuli meriyasının Maliyyə-Büdcə Xidmətinin rəhbəri Vüqar Məmmədov “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, büdcənin hazırlanması prosesinə fiziki imkanları məhdud şəxslər və Marneulinin Gender Bərabərliyi Şurası da qoşulubmuş.

“Biz bütün tərəflərin mövqeyini öyrəndik və mümkün qədər 2021-ci ilin büdcəsində nəzərə aldıq. Bildiyiniz kimi ictimai müzakirə üçün də büdcə layihəsini yayımladıq və bütün qaydalara riayət etdik”, - Vüqar Məmmədov dedi.

Gürcü dili müəllimi və kəndlərdə zibil qutuları – bu mövzular 2021-ci ilin büdcəsində gender bərabərliyi şurası tərəfindən irəli sürülüb.

2021-ci ilin büdcə layihəsinə görə, Marneuli meriyası ən az vəsaiti səhiyyə üçün xərcləməyi planlaşdırır. İctimai səhiyyə xidmətçiləri üçün meriyanın büdcəsində 190 000 lari nəzərdə tutulub.

Marneuli meiryası ən çox vəsaiti — 6 960 400 lari mənzil kommunal təsərrüfatı istiqamətində xərcləməyi planlaşdırır. Mənzil kommunal təsərrüfatları istiqamətinə mənzil tikintisi, kommunal təsərrüfatın inkişafı, su təchizatı, küçələrin işıqlandırılması və mənzil-kommunal sahəsində digər xərclər daxildir.

Nə qədər vəsait ayrılması planlaşdırılıb:
  • Binaların tikilməsi - 420 000 lari
  • Kommunal təsərrüfatın inkişafı - 231 500 lari
  • Su təchizatı - 4 078 200 lari
  • Küçə işıqlandırması - 1 554 700 lari
  • Mənzil-kommunal sahədəki digər xərclər - 676 000 lari
2021-ci ilin büdcə layihəsinə əsasən icraçı və nümayəndəlik orqanlarının fəaliyyətinin təmin edilməsi, maliyyə işləri, xarici əlaəqlər üçün 6 401 800 lari nəzərdə tutulub. Bu istiqamətə 6 251 800 lari nəzərdə tutulmuş icraçı və nümayəndəlik orqanlarının fəaliyyətinin təmin edilməsi daxildir.

Nə qədər vəsait ayrılması planlaşdırılıb:
  • Nümayəndəlik orqanı (Bələdiyyə Məclisi) – 1 454 000 lari
  • Icraçı orqan (meriya) – 4 797 800 lari
  • Maliyyə işləri - 150 000 lari
Marneuli meriyasl Hərbi qeydiyyat, çağırış və səfərbərlik xidməti üçün büdcədə 215 600 lari nəzərdə tutub.

Kənd təsərrüfatı, nəqliyyat və avtomobil nəqliyyatı, yolların daxil olduğu iqtisadi işlər istiqamətində Marneulinin 2021-ci il büdcəsində 3 187 200 lari nəzərdə tutulub.

Nə qədər vəsait ayrılması planlaşdırılıb:
  • Kənd təsərrüfatı - 562 500 lari
  • Nəqliyyat - 2 624 700 lari
  • Avtomobil nəqliyyatı və yollar - 2 624 700 lari
Meriya tullantıların toplanması, emal edilməsi və məhv edilməsi, çirkab sularının idarə olunmasının da daxil olduğu ekologiya istiqamətində 2 617 800 lari xərcləməyi planlaşdırır.

Nə qədər vəsait ayrılması planlaşdırılır:
  • Tullantıların toplanması, emalı və məhv edilməsi - 2 267 100 lari
  • Çirkab sularının idarə olunması - 350 000 lari
Marneuli bələdiyyəsinin 2021-ci il büdcə layihəsinə əsasən istirahət, mədəniyyət və din istiqamətində 3 726 600 lari xərclənməsi nəzərdə tutulub. Bu istiqamətə istirahət və idman sahəsində xidmət, mədəniyyət sahəsində xidmət, tele-radio yayımı və nəşriyyat işləri, dini və başqa ictimai fəaliyyətlər və istirahət, mədəniyyət və din sahəsində digər işlər.

Nə qədər vəsait ayrılmaıs planlaşdırılır:
  • İstirahət və idman sahəsində xidmət - 1 906 000 lari
  • Mədəniyyət sahəsində xidmət - 1 414 600 lari
  • Tele-radio yayım və nəşriyyat işləri - 86 000 lari
  • Dini və başqa ictimai işlər - 210 000 lari
  • İstirahət, mədəniyyət və din sahəsində digər işlər - 110 000 lari
2021-ci ilin büdcəsində təhsil sahəsində 4 578 600 nəzərdə tutulub. Təhsil sahəsinə məktəbəqədər və ümumi təhsil daxildir.
  • Məktəbəqədər təhsil - 4 506 600 lari
  • Ümumi təhsil - 72 000 lari
Marneuli meriyası 2021-ci ilin büdcə layihəsində sosial müdafiə sahəsinə 1 630 000 lari nəzərdə tutub. Bu sahəyə xəstələrin və fiziki imkanları məhdud şəxslərin sosial müdafiəsi, ailə və uşaqların sosial müdafiəsi və sosial müdafiə sahəsində digər işlər daxildir.

Nə qədər vəsait ayrılması planlaşdırılır:
  • Xəstələrin və fiziki imkanları məhdud şəxslərin sosial müdafiəsi – 1 150 000 lari
  • Ailələrin və uşaqların sosial müdafiəsi – 475 000 lari
  • Sosial müdafiə sahəsindəki digər işlər – 5000 lari

 

"Marneuli" Radiosu

 

Print