Quşçu (Qaqi) qalasından yoxa çıxmış xaçla bağlı oğurluq maddəsi ilə istintaq başlayıb

Bir az bundan əvvəl Marneuli bələdiyyəsində Quşçu (Qaqi) qalasında xaçın ucaldılması mərasimi başa çatıb.

Marneuli və Hucabi yeparxiyası qaladan xaçın yox olmasını öyrəndikdən sonra yenidən xaç ucaltmağa qərar verib. Qiorqi (Camdeliani) bildirib ki, xaçı yerindən kimin oğurlaması barədə məlumatı yoxdur. Ancaq bunu təxribat və dini nifaq yaradılmasına cəhd kimi dəyərləndirir. Marneuli və Hucabinin yepiskopu hesab edir ki, baş vermiş hadisə ilə dövlət maraqlanmalıdır.

"Təəssüf ki, bu regionda xristian müqəddəslərinin təhqir mənbəyinə çevrildiyi ilk hal deyil. Bu faktı kimin törətdiyini mən bilmirəm. Ancaq onu deyim bu vandal faktı kim törədibsə, o, bütün xristianları təhqir edib. Xaç xristianlıq rəmzidir. Bunu kimin törətdiyini bilmirik. Heç kimi günahlandıra bilmərik, böhtan böyük günahdır. Düşünürəm ki, böyük təxribat aparılır. Kim bunu edibsə, mənim fikrimcə dini və etnik zəmində nifaq yaratmaq istəyir", – Yepiskop Qiorqi bildirib.

Yepiskop Qiorqi deyir ki, müvafiq xidmətlərin istintaqa başlayıb-başlamaması ilə bağlı məlumatı yoxdur. Ancaq faktın araşdırılmasını vacib hesab edir.

Bütün Gürcüstan Müsəlmanlarının Ali Dini İdarəsinin şeyxi Seyid Mirtağı Əsədov Marneuli radiosuna bildirdi ki, xaçın güman edilən oğurlanma faktı dini və etnik zəmində nifaq yaratmağa cəhd ola bilər.



Daxili İşlər Nazirliyindən “Marneuli” radiosuna verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə istintaq aparılır. Həmin maddə oğurluğu nəzərdə tutur.

 

 

Print Email
FaceBook Twitter Google