“Gürcüstan ərazilərini işğalda saxlayan ölkə ilə eyni sülh
platformasında iştirak edə bilməyəcək”.
Bunu Gürcüstanın xarici işlər nazirinin müavini Aleksandre
Xvtisiaşvili Rusiyanın xarici işlər naziri Sergey Lavrovun yeni
regional təşəbbüslə bağlı bəyanatını şərh edərkən deyib.
Onun sözlərinə görə, bu cür təşəbbüsün işğala son qoymaqla bağlı
müvafiq addımlar atılmayana qədər perspektivi olmayacaq:
“Biz bölgədə Cənubi Qafqazda dayanıqlı inkişafın əsas
şərtlərindən olan sülh və sabitliyə böyük önəm veririk. Buna
müvafiq olaraq, Gürcüstan ölkədə və bölgədə təhlükəsizlik və
tərəqqini təmin edəcək uzunmüddətli məqsədləri dəstəkləyir. Bu
mənada sülh platformaları vacibdir və onların bölgəmizdə
yaradılması ilk növdədə Cənubi Qafqazın üç ölkəsi – Gürcüstan,
Azərbaycan və Ermənistan arasında dialoq və əməkdaşlıq vasitəsilə
həyata keçirilməlidir ki, bu da əhəmiyyətli regional layihələr və
əməkdaşlığın inkişafı üçün zəmin yaradır”.
A.Xvtisiaşvili qeyd edib ki, istənilən əməkdaşlıq platforması
iştirakçı dövlətlər arasında qarşılıqlı hörmət, suverenlik və ərazi
bütövlüyünə hörmət prinsipinə əsaslanmalıdır.
Mənbə: report.az