Zurab Abaşidze: Gürcüstan-Rusiya quru sərhədinin açılması epidemioloji vəziyyətdən asılıdır
Gürcüstan ilə Rusiya arasında quru sərhədlərin açılması yalnız hər iki tərəfdə epidemioloji vəziyyət sabitləşdikdən sonra mümkün olacaq.

Bu barədə Gürcüstan Baş nazirinin Rusiya ilə danışıqlar üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze məlumat verib.

O deyib ki, Rusiya tərəfinin xüsusi nümayəndəsi, səfir Qriqori Karasinlə 2020-ci il noyabr ayında keçirdiyi onlayn görüşdə bəzi məsələlər, o cümlədən yeni görüşün vaxtı barədə müzakirələr aparılıb. Növbəti görüşün bu ilin birinci rübündə Praqada keçirilməsi barədə razılıq əldə olunsa da, hələlik konkret vaxt müəyyən olunmayıb. Bununla belə görüşün fevral-mart aylarında keçiriləcəyi gözlənilir.

Onun sözlərinə görə, görüşdə iki ölkə arasında iqtisadi-ticarət, nəqliyyat daşınmaları və humanitar məsələlər müzakirə olunacaq. “Düşünürəm ki, görüşün keçiriləcəyi günədək iki ölkə arasında quru sərhədlərin açılması ilə bağlı konkret məsələlər müəyyən olunacaq”, – deyə Abaşidze vurğulayıb.

Mənbə: azertac.az
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər