Algetidə "Su Çərşənbəsi" qeyd olundu (VİDEO)
Bu gün, 23 fevral tarixində Novruz bayramının birinci, su çərşənbəsi qeyd olunur.

“Çərşənbə” – Novruz bayramına təqribən bir ay qalmış qeyd olunan adətdir.

Novruz bayramından əvvəlki 4 həftənin çərşənbə axşamı günlərinin hər birinin xüsusi adətləri var və bu etnik azlıqların kimliyinin bir hissəsidir. Gürcüstanda yaşayan azərbaycanlıların böyük əksəriyyəti Marneuli bələdiyyəsində məskunlaşıb.

“Çərşənbə”-lər yaşam üçün vacib ola dörd ünsürlə əlaqədardır: su, yel, torpaq və od.

Bu gün, Marneuli bələdiyyəsinin Algeti kəndində mülki fəal Samirə Bayramova, Algeti icma mərkəzinin rəhbəri Ayşən Qısbəsova və Görarxı Fondunun direktoru Mahir Quliyevin təşkilatçılığı ilə su çərşənbəsi qeyd olunub.


Gürcüstanda Novruz Bayramının milli bayram kimi qəbul olunması məqsədi ilə elektron petisiya yaradılıb. Petisiya vasitəsilə bu məsələyə öz dəstək və mövqeylərini göstərə bilərlər.

Petisiyanın müəllifi Samirə Bayramova deyir ki, simvolik dəstək əhəmiyyətlidir. Mülki fəalın sözlərinə görə, bu Parlament üçün real imzaların və qanun layihəsinin hazırlanmasının ilkin şərti olacaq.

Qeyd edək ki, Marneuli bələdiyyəsinin Algeti kəndində çərşənbə ənənəsi 12 ildir ki, unudulmuşdur. Ancaq 2019-cu ilin mart ayında yerli fəal Samirə Bayramova bir neçə fəal vətəndaşla bərabər öz mədəniyyətini qorumaq üçün ənənəni bərpa edib və “od çərşənbəsini” qeyd edib.

“Su çərşənbəsində” əhali evi, həyəti təmizləyir, evin divarlarını boyayır, bağçanı təmizləyir. Su çərşənbəsini “ilk çərşənbə” də adlandırılar. Həmin gün qız, gəlinlər səhər durur və çaya su gətirməyə gedirlər. Səhər, günəş çıxana kimi hamı əl-üzünü yuyur. Xalq inancına görə, kim həmin gün çaya gedərsə, bütün xəstəliklərdən uzaq olar.

2010-cu ildə BMT-nin Baş Assambleyası Novruzu beynəlxalq gün kimi tanıyıb. Novruz 2009-cu ilin 28 sentyabr tarixində UNESCO sammitində rəsmi olaraq bəşəriyyətin qeyri-maddi mədəni irslərinin siyahısına daxil edilib. 2010-cu ildə Novruz bayramı Gürcüstanda ümumxalq bayramı elan olunub.

Print Email
FaceBook Twitter Google