Gürcüstanın Neft və Qaz Agentliyi və Avstriya-Rumıniyanın “OMV
Petrom” şirkəti arasında yaxın günlərdə saziş imzalanacaq.
Bu barədə Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri
Natia Turnava məlumat verib.
Nazir bildirib ki, 2020-ci ilin yayında xarici şirkət Gürcüstanın
Qara dəniz akvatoriyasında neft və qaz resurslarının axtarışı və
hasilatı ilə bağlı tenderin qalibi olub. O, sənəddə əldə olunacaq
məhsulun pay bölgüsünün təsdiqlənəcəyini qeyd edib.
N.Turnavanın sözlərinə görə, “OMV Petrom” kimi iri şirkətin
Gürcüstan bazarına daxil olması ölkədə dayanıqlı investisiya
mühitinin olduğunu sübut edir.
Mənbə: report.az