Gürcüstanın ikinci böyük şəhəri olan Kutaisidə yerləşən Moskva
küçəsinin adı dəyişdirilib.
Bundan sonra küçə “Şindisi qəhrəmanları” adlanacaq.
Kutaisi Şəhər Şurasının qərarına əsasən, bu gün küçədə ilk ünvan
lövhəsi quraşdırılıb.
Şindisi Gürcüstanın Qori rayonunda yerləşən kənddir. 2008-ci ilin
avqust müharibəsində kənddə gedən ağır döyüşlər zamanı 17 gürcü
hərbçi şəhid olub.
Qeyd edək ki, 2017-ci ildən ictimai fəallar və müxalifətçilər
Tbilisidə Moskva prospektinin adının dəyişdirilməsini tələb
edirlər. Bununla bağlı hətta imzatoplama kampaniyası da aparılıb.
Lakin bu günə qədər prospektin adı dəyişməz olaraq qalır.
Mənbə: report.az