Gürcüstanın sovet işğalından 100 il ötür – Marneuli meriyasının qarşısına stend yerləşdirib
Gürcüstanın işğal olunma günü ilə əlaqədar Marneuli meriyasının qarşısına stend yerləşdiriblər. Meriya qarşısına işğal gününə həsr edilmiş lövhəni “Mədəniyyət Mərkəzi” yerləşdirib. Mədəniyyət Mərkəzinin tədbirlərinin təşkilatçısı Zurab Xaftani “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, Gürcüstan əhalisinin bir əsr əvvəl baş vermiş hadisələri xatırlaması əhəmiyyətlidir. Stend isə həmin hadisələrin xatrılanması üçün bir vasitədir.

“1921-ci ilin 25 fevral tarixində Sovet Şurasının 11-ci Qırmızı Ordusu Tbilisini tutub və Gürcüstanı işğal edib. Ondan sonra 100 il ötür və bu işğal bu gün də davam edir, bzi yenə ərazilərimizi itirmişik. Bununla bağlı Mədəniyyət Mərkəzi olaraq bu gün stend yerləşdirdik. Eləcə də iki dilə, gürcü və Azərbaycan dilində məlumat lövhəsi də yerləşdirilib. Kim istəsə gedə və həmin günlə bağlı məlumat ala bilər”, – Zurab Xaftani bildirdi.

Mədəniyyət Mərkəzinin tədbir təşkilatçısının sözlərinə görə koronavirusa görə ölkədə tətbiq edilmiş məhdudiyyətləri nəzərə almaqla başqa tədbirlər keçirə bilməyiblər. Ancaq Mədəniyyət Mərkəzi bu gün Facebook səhifəsində video yayımlayacaq. Videoda müxtəlif yaş və peşə adamları Gürcüstanın işğal günü ilə bağlı öz fikrini bildirəcək.

100 il əvvəl məhz bu gün, Gürcüstan Demokratik Respublikası Rusiya tərəfindən işğal edilib və Gürcüstanda Sovet hakimiyyəti elan olunub.

Gürcüstanın sovetləşdirilməsi barədə çox məlumat tapılır. Ancaq Gürcüstanın “qırmızılaşdırılmasına” Marneulidən , konkret olaraq Şulaveridən başlanıldığını çox az adam bilir.

1921-ci ilin 16 fevral tarixində Şulaveridə (İndiki Şaumiani) “Gürcüstanın İnqilab Komitəsi” yaradılıb.

Print Email
FaceBook Twitter Google