Tbilisi Apellyasiya Məhkəməsi müxalif Vahid Milli Hərəkat
Partiyasının (VMHP) sədri Nika Meliyanın vəkillərinin şikayətini
təmin etməyib.
Bu barədə vəkillərdən biri olan Beka Basilaya məlumat verib.
Onun sözlərinə görə, müraciətdə Tbilisi Şəhər Məhkəməsinin
N.Meliyaya qarşı həbs qətimkan tədbirinin seçilməsi barədə
qərarının ləğvi tələb olunub.
Qeyd edək ki, VMHP sədri fevralın 23-də həbs olunub.
Mənbə: report.az