Bu gün, 25 fevral tarixində Qardabanidə Xocalı faciəsi yad edilib.
Tədbirdə Xocalı faciəsi ilə bağlı uşaqların iştirakı ilə
hazırlanmış səhnəcik nümayiş etdirilib.
Səhnəciklər #BEEZFİLM studiyasının yetirmələri tərəfindən
hazırlanıb. Tədbir Qardabani Gənclər Mərkəzinin ofisində baş
tutub.
Nümayişin sonunda #BEEZFİLM studiyasının yetirmələri olan uşaqlara
tədbirdə iştirak etdiklərinə görə, Qardabani Gənclər Mərkəzi
tərəfindən təşəkkürnamələr verilib.
Qeyd edək ki, tamaşaya studiyanın rəhbəri Binəli İslamoğlu quruluş
verib.
Pandemiyaya görə tədbirə çox insan dəvət olunmayıb. Buna görə də
tədbirdə təşkilatın əməkdaşları və səhnəcikləri nümaiş etdirən
uşaqların valideynləri iştirak ediblər.