Gürcüstanda müxtəlif cinayət əməllərinə görə həbs cəzası çəkən
əcnəbilər arasında 108 Azərbaycan vətəndaşı var.
Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin yanvar ayı üzrə
hesabatında bildirilib.
Sənədə əsasən, Azərbaycan vətəndaşlarının sayı aylıq müqayisədə 2
nəfər artıb. Onların 9-u ittiham olunan, 99-u isə məhkumdur.
Məhkumların 4-ü yeniyetmədir.
Gürcüstanda probasiya nəzarətində olan Azərbaycan vətəndaşlarının
sayı aylıq müqayisədə 1 nəfər azalaraq 30 nəfər olub. Onların 27-si
kişi, 3-ü qadındır.
Gürcüstan həbsxanalarında saxlanılan xarici ölkə vətəndaşı və
vətəndaşlığı olmayan şəxslərin ümumi sayı 567 nəfər təşkil edir.
Probasiya nəzarətində saxlanılan əcnəbilərin sayı isə 237-dir.
Mənbə: report.az