Tbilisidə Xocalı soyqırımına həsr edilmiş avtoyürüş təşkil olunub
Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar “Xocalıya Ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Gürcüstan paytaxtı Tbilisidə avtoyürüş təşkil olunub.

Üzərində “Xocalıya ədalət!” kampaniyasının loqosunu və Bakıdakı soyqırımı abidəsini özündə əks etdirən plakatlar yerləşdirilmiş 3 kiçik və 5 böyük yük avtomobili fevralın 26-da səhər tezdən axşam saatlarınadək Tbilisi şəhəri ərazisində hərəkət edib.

Səfirliyin qarşısından hərəkətə başlayan avtomobillər şəhərin mərkəzi küçə və prospektlərindən keçib.

Bu yürüş əhalinin diqqətini cəlb edib və böyük marağına səbəb olub.

Mənbə: azertac.az
Print Email
FaceBook Twitter Google