ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin aparat rəhbəri Kris
Soça, Bidzina İvanişviliyə qarşı sanksiyaların tətbiq edilməsi üçün
müzakirələrin getdiyini söyləyib.
“
Mümkün sanksiyalar Senatda və Nümayəndələr Palatasında
müzakirə olunur. Düşünürəm ki, bu halda iki məsələyə baxıla bilər:
Dövlət Departamentinin İvanişvilinin ABŞ-da oxşar hesabları varsa
hesabları dondurma imkanı var. Maliyyə Departamenti həqiqətən bunu
etmək imkanına sahibdir.
İkinci məsələ səyahət qadağasıdır - İvanişvilinin özü ABŞ-a
getmirsə də, səyahət edən öcladları var. Övladlarını ABŞ-a səyahət
etmək və təhsil almaq imkanından məhrum etmək barədə də danışıldı.
Düşünürəm ki, bunlar onu narahat edəcək məsələlərdir...
"Bu, davranışını dəyişdirməyə məcbur edəcək açıq bir vasitə deyil,
amma yenə də bu bir yoldur",-deyə Soça fevralın 25-i
onlayn keçirilən görüşdə bildirib.
Soça İvanişvilidən əlavə digər insanlara qarşı sanksiyaların tətbiq
olunma ehtimalı barədə də danışıb:
"
Düşünürəm ki, siyasi motivli təqiblərdə iştirak edən,
ona [İvanişviliyə] yaxın olan və sanksiya tətbiq edilə biləcək
başqa şəxslər də var",- deyən Soça, hələ heç bir
qərarın verilmədiyini, ancaq danışıqların davam etdiyini
təkrarlayıb.