Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 373
yoluxma halı qeydə alınıb, 14 nəfər ölüb.
Bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində
yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da
qonşu ölkədə koronavirusa yoluxanların sayı 270 510, ölənlərin sayı
isə 3 499 nəfərə çatıb.
Virusa yoluxanlardan 264 589 nəfərin sağaldığı bildirilir.
Mənbə: apa