Gürcüstan prezidenti Salome Zurabişvili ölkənin Ukraynadakı səfiri
Teymuraz Şaraşenidzenin geri dönməsini tələb edib.
Dövlət başçısı bu tələbi parlamentdə illik hesabatla çıxış edərkən
səsləndirib.
S.Zurabişvili Ukrayna xalqına həmrəylik ifadə edərək vurğulayıb ki,
bunun üçün səfirin geri dönməsi təxirəsalınmadan baş verməlidir:
“Ukraynalılara həmrəyliyimi bildirirəm. Hesab edirəm
ki, həmrəyliyin göstəricisi kimi səfir Kiyevə dərhal
qayıtmalıdır”.
Qeyd edək ki, Gürcüstanın Ukraynakı səfəri ötən ilin mayında
Kiyevdən Tbilisiyə çağırılıb. Buna səbəb Gürcüstanın keçmiş
prezidenti Mixeil Saakaşvilinin Ukraynanın İslahatlar üzrə Milli
Şurasının İcraiyyə Komitəsinin sədri vəzifəsinə təyin edilməsi
olub.
Mənbə: report.az