“Gürcüstanda epidemioloji durum pisləşir, vəziyyət pik
həddə yaxınlaşır”.
Bunu Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin
rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze deyib.
Onun sözlərinə görə, buna səbəb müəyyən edilmiş qayda və
tövsiyələrə əməl olunmamasıdır:
“Bütün indikatorlar
göstərir ki, ölkədə epidemioloji vəziyyət pisləşir. Son həftə
ərzində demək olar hər gün 500-600 yoluxma halı qeydə alınır. Aktiv
xəstə sayı da artır, səhiyyə sektorunun tədricən yüklənməsi
müşahidə olunur”.
Baş epidemioloq Gürcüstan əhalisini bir daha bütün tövsiyələrə
riayət etməyə çağırıb.
Mənbə: report.az