Azərbaycan və Türkiyə səfirləri Gürcüstanın müstəqilliyi uğrunda şəhid olanların xatirəsini yad edib
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev türkiyəli həmkarı Fatma Ceren Yazqanla birgə 9 Aprel faciəsi qurbanlarının xatirəsini anıb.

Səfirlər qanlı hadisə qurbanlarının xatirəsinə parlamentin binası qarşısında ucaldılmış abidəni ziyarət ediblər.

Onlar memorialın önünə əklil qoyaraq Gürcüstanın müstəqilliyi uğrunda şəhid olanların xatirəsini ehtiramla yad ediblər.

Xatırladaq ki, bu gün 1989-cu ilin 9 Aprel hadisələrindən 32 il ötür. Həmin gün Sovet İttifaqının hərbi qüvvələrinin bir hissəsi Tbilisinin mərkəzində Gürcüstan parlamentinin binası yaxınlığında müstəqillik tələbi ilə keçirilən dinc aksiyanı amansızlıqla dağıdıb. Nəticədə 18-i qadın olmaqla 21 nəfər həlak olub, minlərlə insan mənşəyi məlum olmayan qazdan zəhərlənib.

Mənbə: report.az


Print Email
FaceBook Twitter Google