"Gürcüstan Prezidenti Salome Zurabişvili, Parlamentdəki
çıxışı zamanı peyvəndin əhəmiyyətindən danışıb. Zurabişvilinin
dediyinə görə, bütün peyvəndlərdə bəzi təzahürlər mövcuddur, lakin
peyvəndsiz yoluxma riski çox daha yüksəkdir. Bundan əlavə,
prezident, ölkədəki birliyin pandemiya ilə mübarizədə çox vacib
olduğunu söyləyib, çünki "indi üstünlük qazanmağa çalışmağın vaxtı
deyil, bunun öhdəsindən ya birlikdə gələcəyik, ya da heç birimiz
gələ bilməyəcəyik".
"Gürcüstanın səhiyyəsi, dünya səhiyyəsi kimi, misli
görünməmiş bir çətinliklə qarşılaşır, bu problemin səbəbi isə
pandemiyadır. Kimsə bu böyüklükdəki bir fəlakətin təkbaşına həll
ediləcəyini və ya hər hansı bir siyasi qüvvənin başqasının
məğlubiyyəti ilə qalib gələcəyini düşünürsə, deməli bu vəziyyətdən
heç nə anlamadığımız və milli məsuliyyət hissimizin olmadığı
anlamına gəlir. Anlamalıyıq ki, indi üstünlük qazanmağın vaxtı
deyil, bunun öhdəsindən ya birlikdə gələcəyik, ya da heç birimiz
gələ bilməyəcəyik.
Hamımız bilirik ki, çox nadir mənfi hallar bütün peyvəndlərdə
müşayiət olunur, lakin peyvənd edilmədikdə yoluxma riski çox daha
yüksək olur. Anlamalıyıq ki, xəstəlik üzərində vaxtında qələbə
qazanmaq heç bir hökumətin və ya partiyanın qələbəsi hesab oluna
bilməz və olmayacaqdır. Bu, cəmiyyətin həmrəy və məsuliyyətli bir
yanaşma ilə əldə edə biləcəyi bir qələbə olmalıdır",
- deyə Zurabişvili bildirib.
Prezident, ayrıca ölkədə qüvvədə olan qaydaların hamının riayət
etməli olduğundan və bu mövzuda hər kəsə eyni münasibətin
bəsləndiyindən danışıb. Prezidentin sözlərinə görə, qaydaların
tətbiqi məsələsində hökümətdən başqa ayrıca fərdlərin məsuliyyəti
də vacibdir:
"Birliyə doğru atılan ilk addımın, mövcud qaydaları
hamıya eyni şəkildə şamil etmək olduğunu düşünürəm. Hər yerdə -
futbol stadionunda, Novruz bayramında və ya kilsədə, mərasimlərdə,
hətta Poznerin məsələsində, vətəndaşlarımızın çoxdan təxirə
salınmış toylarında, ad günlərində, etiraz aksiyalarında və ya
digər toplantılarda. Bu, yalnız hökumətin məsuliyyəti deyil,
cəmiyyətimizin taleyi hər bir vətəndaşın şüurlu olmasına, maska
taxmasına, vaxtında peyvəndləməyə bağlıdır",- deyə
Zurabişvili əlavə edib.
Bu gün, aprelin 9-u, Salome Zurabişvili parlamentin fövqəladə
iclasında illik hesabatı təqdim edəcək.