Kutaisidə narkotik satıcısı həbs olunub
Daxili İşlər Nazirliyi Polis İdarəsinin Dedektivlər Şöbəsinin əməkdaşları Kutaisidə narkotiklərin qanunsuz alqı-satqısı ittihamı ilə 1966-cı il təvəllüdlü şəxsi saxlayıblar.

Hüquq mühafizə orqanları, sözügedən şəxsin axtarışı zamanı narkotik vasitəsi olduğu güman edilən 127 növ müxtəlif həb, 20 ədəd kristal, 22 ədəd həb qırıntısını sübut olaraq götürüblər.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin narkotik maddələrin qanunsuz alqı-satqısını nəzərdə tutan 260-cı maddəsi ilə istintaq başladılıb.

Mənbə: report.ge
Print Email
FaceBook Twitter Google