Qori şəhərində "komendant saatı" zamanı mağazadan ərzaq oğurlanıb
Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, "komendant saatlarında" Qoridə bir mağaza qarət edilib. Mağaza sahibi ərzaq və pulun götürüldüyünü bildirib.

"Uşaqlar acdır. Hər şeydən məhrumdurlar. Nə edə bilərlər?! Ac bir uşaq içəri girdi, yemək və içki oğurladı. Götürdü və o günlük yeməyi-içməyi oldu. [...] Necə çətin vəziyyətdədir ki, gəlib yemək-içmək apardı. Əlinə keçəni aparıb. İndi bunun üstündə mən onu həbsxanaya göndərsəm, nəsə dəyişəcək?! Daha da pis olacaq", - deyə Svetlana Merabişvili "Formula"-ya danışarkən bildirib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə ilə bağlı Cinayət Məcəlləsinin oğurluğu nəzərdə tutan 177-ci maddəsi ilə istintaq başlanılıb.

Mənbə: On
Print