Xəta
  • PHPImageWorkshop\Exception\ImageWorkshopBaseException: [2]: File "/var/www/marneulifm.ge/public_html//images/temp/2018/10/04/bf4bf3c46df8f47ef0e6c9d862ad7cb2.jpg" not exists.
Xəbərlər
Tbilisidə, Çabua Amirecibi şossesində bir torpaq kütləsi çöküb
Tbilisidə, yeni yolda, Çabua Amirecibi şossesində torpaq sahəsi çöküb. Bələdiyyə İnfrastruktur İnkişaf Xidmətinin rəhbəri Qiorqi Abutidzenin "Formula"-ya verilən məlumata görə çökən kütlə avtomobilə zərər verib.

"Təxminən bir saat əvvəl Çabua Amirecibi prospektinə müəyyən böyüklükdə bir daş düşdü [...], yolun bir hissəsi çökdü. Hazırda xilasetmə xidməti yolu təmizləyir və nəqliyyat bərpa olunur. Sürüşmənin qarşısını alan tor sınıb, bütün bunlar uzun müddət əvvəl düzəldilmişdi", - deyə Abutidze bildirib.

Onun sözlərinə görə, güclü yağış yağan zaman, adətən, sürüşmə baş verir, lakin ilk dəfədir ki, torpaq yolun hərəkət hissəsinə çöküb və avtomobili zədələyib.

On.ge Tbilisi Meriyası ilə də əlaqə saxlayıb. Meriyadan verilən məlumata görə sözügedən yolda hərəkət artıq bərpa olunub.

Mənbə: On
FaceBook Twitter Google