Gürcüstan və Türkiyə enerji əməkdaşlığını müzakirə ediblər
Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf nazirinin müavini Davit Tvalabeişvili nümayəndə heyəti ilə birlikdə Ankaraya işgüzar səfər edib və bu müddətdə Türkiyənin Enerji və Təbii Sərvətlər nazirinin müavini Abdullah Tancan ilə görüşüb.

İclas Gürcüstan səfirliyinin təşkilatçılığı və iştirakı ilə 2021-ci il 19 aprel tarixində təşkil edilib. Səfər çərçivəsində Gürcüstanın enerji şirkətləri (Gürcüstan Enerji Birjası, Gürcüstan Dövlət Elektrik Sistemi, Elektrik Bazarı Operatoru) rəhbərlərinin türk həmkarları ilə (EMRA, TEİAS, EPIAS, EUAS) görüşləri baş tutub.

Görüşlərdə Türkiyə ilə Gürcüstan arasında geniş miqyaslı enerji əməkdaşlığı müzakirə olunub. Gürcüstan tərəfi Türkiyənin mövcud enerji sahəsindəki tənzimləməri ilə bağlı təcrübəsini bölüşməyə və ehtiyac olduqda texniki yardım göstərməyə hazır olmasını alqışlayıb. Yığıncağın sonunda tərəflər mövcud fəal əməkdaşlığı daha da dərinləşdirmək üçün işləri davam etdirmək naminə razılaşma əldə ediblər.

Mənbə: report.ge
Print Email
FaceBook Twitter Google