Təkrar yoluxma halı sıxlaşıb və bu kimi hallar asanlıqla keçmir – Qamkrelidzde
Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamkrelidzenin sözlərinə görə, ölkədə COVID-19-a təkrar yoluxma halı sıxlaşıb və bu kimi hallar asanlıqla keçmir.

Amiran Qamkrelidze qeyd edib ki, 50-dən çox şübhəli təkrar yoluxma halımız var idi. Filtrləşdirmədən sonra bu rəqəm azaldı və həqiqi reinfeksiya 2 həftə əvvəlki məlumatlarda 3-5 nəfərdə təsdiqlənib.

"Nümunələr alınmalı və bir qayda olaraq müsbət nümunələr laboratoriyalarda saxlanılılmış olmalıdır, lakin təəssüf ki yoxdur. 50-dən çox şübhəli yenidən yoluxma ilə halı var idi. Ancaq 3-5 həqiqi yenidən yoluxma halı aşkar etdik. İndi də tədqiqat mərhələsində olan bir neçə sağalma hadisəsi var. Ümumiyyətlə, təkrar infeksiya hallarının artmasına meyl var və bu kimi problemlər asanlıqla keçmir", - deyə Amiran Qamkrelidze bildirib.
Mənbə: Netgazeti
Print