Qardabani rayonunun Vaxtanqisi kənd sakini 25 yaşlı Tural Məmmədov
onurğa xərçəngindən əziyyət çəkir. Onun müalicəsi üçün 60 000
dollar məbləğində vəsaitə ehtiyacı var.
Bu barədə onun əmisi oğlu Mehman Ömərov məlumat verdi. Onun
bildirdiyinə görə, 2018-ci ildə Tbilisidə əməliyyat olunsa da, onun
təkrar müalicəyə ehtiyacı yaranıb. Ömərovun dediyinə görə, ailənin
o məbləği ödəməyə imkanı çatmır və buna görə də əhalidən kömək
istəyirlər.
“İndi o, Rusiyanın paytaxtı Moskva şəhərinə aparılacaq
və onun müalicəsi orada davam etdiriləcək. Pul toplayırıq ki, onu
Rusiyaya göndərək. Sümüyündən analiz götürülüb. Analizin cavabları
ora göndəriləcək, daha sonra isə sənədlərini düzələcək və
aparacağıq”, – Mehman Ömərov dedi.
Mehman Ömərov bildirdiyinə görə, onda bu xəstəlik hərbi xidmətdə
olan zaman yaranıb. Hərbi xidmətdə olan vaxtları onun belində
ağrıları olsa da, həkimlər müalicə zamanı səbəbini tapa
bilməyiblər.
Ömərov onu da əlavə etdi ki, tanımadıqları şəxlər Turalın adınla
pul yığırlar. O, xahiş etdi ki, pul verən insanlar həmin şəxlərdən
əlaqə nömrələrini götürsünlər və yaxud onlarla əlaqə
saxlasınlar.
Hesab nömrəsi: GE35BG0000000499008144