25 yaşlı Tural Məmmədovun sizin köməyinizə ehtiyacı var
Qardabani rayonunun Vaxtanqisi kənd sakini 25 yaşlı Tural Məmmədov onurğa xərçəngindən əziyyət çəkir. Onun müalicəsi üçün 60 000 dollar məbləğində vəsaitə ehtiyacı var.

Bu barədə onun əmisi oğlu Mehman Ömərov məlumat verdi. Onun bildirdiyinə görə, 2018-ci ildə Tbilisidə əməliyyat olunsa da, onun təkrar müalicəyə ehtiyacı yaranıb. Ömərovun dediyinə görə, ailənin o məbləği ödəməyə imkanı çatmır və buna görə də əhalidən kömək istəyirlər.

“İndi o, Rusiyanın paytaxtı Moskva şəhərinə aparılacaq və onun müalicəsi orada davam etdiriləcək. Pul toplayırıq ki, onu Rusiyaya göndərək. Sümüyündən analiz götürülüb. Analizin cavabları ora göndəriləcək, daha sonra isə sənədlərini düzələcək və aparacağıq”, – Mehman Ömərov dedi.

Mehman Ömərov bildirdiyinə görə, onda bu xəstəlik hərbi xidmətdə olan zaman yaranıb. Hərbi xidmətdə olan vaxtları onun belində ağrıları olsa da, həkimlər müalicə zamanı səbəbini tapa bilməyiblər.

Ömərov onu da əlavə etdi ki, tanımadıqları şəxlər Turalın adınla pul yığırlar. O, xahiş etdi ki, pul verən insanlar həmin şəxlərdən əlaqə nömrələrini götürsünlər və yaxud onlarla əlaqə saxlasınlar.

Hesab nömrəsi: GE35BG0000000499008144


"Marneuli" Radiosu
Print