Marneulidə Ramazan bayramı münasibətilə dönər paylanılıb (FOTO/VIDEO)
14:56 / 13.05.2021
Bu gün, 13 may tarixində Marneulidə Ramazan bayramı münasibətilə
şəhər sakinlərinə və qonaqlara pulsuz dönər paylanılıb.
Bu barədə məlumatı "Marneuli" radiosu ilə söhbəti zamanı İlqar
(İqoş) Allahverdiyev verdi.
Onun sözlərinə görə, təmirdən sonra dönər evi yeni adla – "Adres
şaurma" adı ilə fəaliyyətə başlayıb. Dönər evinin açılışı Ramazan
bayramına təsadüf etdiyi üçün bu gün əhaliyə dönər pulsuz
paylanacaq.
Növbə gözləyən sakinlər isə bu cür təşəbbüsü müsbət
qarşıladılar.
Qeyd edək ki, Ramazan bayramı münasibətilə Marneuli və kəndlərində
bu cür xeyriyyə aksiyaları keçirilir.
Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166