"Gürcüstan hökuməti quru sərhədlərini bir neçə həftədən
sonra açmağı planlaşdırır".
Bunu ölkənin iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava
jurnalistlərə deyib.
Onun sözlərinə görə, böyük ehtimal məhz həmin vaxt pandemiyanın
üçüncü dalğası başa çatacaq:
"Sərhədləri açmağı
planlaşdırırıq. Bu, yaxın bir neçə həftə ərzində baş verə
bilər".
Qeyd edək ki, Gürcüstan-Azərbaycan arasında quru sərhədlər
vasitəsilə sərbəst gediş-gəliş pandemiyaya görə bir ildən çoxdur
dayandırılıb.
Mənbə: report.az