Gürcüstan PUA-lar istehsal edəcək
Gürcüstanda pilotsuz uçuş aparatları istehsal olunacaq.

Bu barədə ölkənin müdafiə naziri Cuanşer Burçuladze məlumat verib.

Onun sözlərinə görə, "Delta" hərbi elmi-texniki mərkəzdə istehsal olunacaq ilk PUA-lar 2022-ci ildə təqdim ediləcək.

Nazir həmçinin bildirib ki, mərkəzin bazasında yaradılacaq Gürcüstan-İsrail birgə müəssisəsi M4 tipli avtomatların istehsalını təşkil edəcək.

Mənbə: report.az
Print Email
FaceBook Twitter Google