Xəbərlər
İrakli Qaribaşvili Ermənistanda Paşinyanla görüşüb
Gürcüstan Baş naziri İrakli Qaribaşvili Ermənistana rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla görüşüb.

Bu barədə Gürcüstanın hökümət administrasiyası məlumat yayıb.

Bildirilib ki, təkbətək və geniş tərkibdə baş tutan görüşlər zamanı tərəflər iki ölkə arasında mədəni, ticari, iqtisadi, nəqliyyat, logistika və energetika sahələrində əməkdaşlıqla bağlı müzakirələr aparıblar. Qeyd olunub ki, görüş zamanı bölgədə sülh, stabillik və regional inkişafın önəmi vurğulanıb.

Mənbə: apa.az
FaceBook Twitter Google