Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət
naziri Tea Axvlediani ölkənin müsəlman icmasını müqəddəs Ramazan
bayramı münasibətilə təbrik edib.
Bu barədə nazirlikdən məlumat verilib.
Nazirin təbrik məktubunda Ramazan bayramının məziyyətlərindən söz
açılır, bu bayramın bolluq, əmin-amanlıq, eyni zamanda ruhun
təmizlənməsi bayramı olduğu qeyd edilir.
Gürcüstanda dini tolerantlığın hökm sürdüyünü vurğulayan nazir,
ölkədəki müsəlman icmasının vətəndaş bərabərliyinin təmin
olunmasına böyük töhfə verdiyini xüsusi qeyd edib.
Mənbə: azertac.az