Ulduz falı – işlər pis getmir
Qoç - təslim olmaq fikrində deyilsiniz, bir cəngavər kimi mənfi
tendensiyalarla savaşırsınız. İnadınız təqdirəlayiqdir. Amma bir
düşünün, qüvvənizi nəyə sərf edirsiniz? Bu, o qədər vacibdir? Hələ
ki, gec deyil, özünüzə gəlin.
Əvalınız da sevindirmir. Yaxşı olar ki, ağır işdən çəkinəsiniz.
Kompüter qarşısında çox oturmayın, alkoqol və yağlı yeməkdən uzaq
durun. Amma eyni zamanda bütün diqqəti sağlamlığa yönəltmək olmaz.
Məsələn, bu gün arıqlamaq üçün ac qalmaq heç məsləhət deyil.
Buğa - siz bu gün göylərin himayəsindəsiniz. Rəqiblərinizi
qabaqlamaq sizə çətin olmayacaq: onların öz problemləri və daxili
münaqişələrinə başları qarışmaqdaykən siz öz məqsədinizə doğru inam
və asanlıqla addımlayırsınız. Günün maliyyə vəziyyəti
ürəkaçandır.
Çox uzaqlardan xoş xəbərlər ala bilərsiniz. Bir çox Buğalar
həyatlarını kökündən dəyişməyin vaxtı gəlib çatdığını anlayacaqlar.
Sevdiyiniz şəxsdən gözəl təklif ala bilərsiniz. Günün ortası
tanışlıqlar üçün münasibdir, bunların istənilən biri romantik
axarda davam edə bilər.
Əkizlər - şübhələr, həyəcanlar başınızı qatıb. Arzularınız və
istəkləriniz təzadlıdır. Odur ki, bir saatın ərzində bir neçə fikir
dəyişir, çabalayırsınız. Bununla paralel olaraq əhvalınız da yo-yo
kimi "atılıb-düşür". Sizi anlamaq çətindir. Yalnız sizi həqiqətən
sevənlər kaprizlərinizə sakit yanaşır, əsəblərini
cilovlayırlar.
Qərarsızlığınıza hakim olun, hövsələnizi basın, bir yerdə oturun.
Yarımçıq işləri atmaq məsləhət deyil. Əgər hansısa layihəni
bitirəcəyinizə əmin deyilsinizsə, ona heç əl vurmayıb başqa zamana
saxlayın.
Xərçəng - çox mürəkkəb gün olsa da, ondan faydalanmaq mümkündür.
Əsas odur ki, əvvəlcədən uğursuz görünən layihələrə baş
qoşmayasınız. Çalışın, heç olmazsa, nəzəri cəhətdən dəyərli
nəticələr verə biləcək işlərə köklənəsiniz. Günün ikinci yarısı
Xərçənglərin əksəriyyəti onları çox sevindirəcək bir xəbər
alacaq.
Bu ərəfədə, həmçinin ciddi maneələri aşmalı olacaqsınız. Sizdən
yalnız inad tələb olunur. İlk uğursuzluqdan sonra qol-qanadınız
həmən yanınıza düşməsin, yaxşı olar ki, kimisə köməyə
çağırasınız.
Şir - bu gün heç kimlə ünsiyyətiniz alınmır, xüsusilə də işgüzar
danışıqlarda. Sonuncuları təxirə salın: əvəzsiz tərəfdaş kimi qəbul
etdiyiniz şəxslərlə də savaşa bilərsiniz. Rəhbərliklə fikir
ayrılığı meydana gələcək. Bəzi Şirlər hətta onları daha çox
qiymətləndirəcək başqa iş yeri də axtarmaq istəyəcəklər.
Yaxın adamlarınızla isə daha yaxşı dil tapırsınız. Sizi, doğrudan
da, sevənlər sizə məhz nəyin lazım olduğunu həmən anlayırlar.
Dəyərli hədiyyələr, xoş sürprizlər, qəfil dəvətlər - günün ikinci
yarısının sizə töhfəsi bunlardır. Axşama doğru səhhətiniz korlana
bilər.
Qız - planlaşdırdığınızdan daha az iş görüb çatdıra bilirsiniz.
Çünki bir çox məslələlər qəfil meydana çıxır və onları tez həll
etmək lazım gəlir. Həmfikir və köməkçiləriniz çoxdur. Çifayda, heç
biri təşəbbüs göstərmir və yalnız sizin əmr və göstərişlərinizi
gözləyirlər.
Günün ikinci yarısı ciddi pul xərcləri gözlənilir. Kədərlənməyin,
bunun əvəzində daha dəyərli və faydalı bir şey əldə edəcəksiniz.
Emosional fon pis deyil, heç xoşunuza gəlməyən adamlarla da yola
gedirsiniz. Axşam vaxtı ünsiyyətlərinizdə diqqətli olun, yalnız
yaxınlarınızla söhbətlə kifayətlənin.
Tərəzi - işlər pis getmir. Ambisiyalı, məqsədyönlü adamlar üçün
yaxşı gün sayılmaz. Çünki iş həyatında uğur qazanmaq elə də asan
deyil. Əvəzində yaradıcı ideyaların, eyni zamanda çox cürətli
planların həyata keçirilməsi üçün münasib vaxtdır. Bu gün daha çox
sizə nəsə yeni bir şey öyrədə biləcək insanlarla ünsiyyət
qurun.
Yaxınlarınız sizi başa düşməkdə çətinlik çəkirlər, münasibətlərdə
gərginlik artır. Ancaq qəmlənməyə dəyməz, açıq söhbət hər şeyi
yoluna qoyar. Kimdəsə özünüzə qarşı yaxşı təəssürat yaratmaq
istəyirsinizsə, onunla axşama görüş təyin edin.
Əqrəb - ehtiyatlı olun, tempinizi azaldın, lap parovozun önündə
qaçanlara oxşayırsınız. Təbii ki, bu hal çox təhlükəlidir. Bəzi
planlaşdırılmış işləri yarımçıq qoymaq lazım gələcək. Çünki
əməkdaşlıq etməyə hazırlaşdığınız şəxslər çatdırmır və gecikirlər.
Yaranan boş vaxtı isə özünüzün şəxsi planlarınızın hazırlanması
üçün istifadə edin.
Günün ortasında əhvalınız qəfil dəyişə bilər, qalan vaxtlarda isə
stabil olacaq. Flirt üçün pis gün deyil. Amma əsl eşq macərasına
ümid etməyin.
Oxatan - dostları, tərəfdaşları və müttəfiqləri seçərkən ehtiyatlı
və diqqətli olun. Bu gün insanların çatışmayan cəhətləri asanlıqla
gözünüzdən yayınır. Hətta aşkar olanı görmürsünüz. Bəzi Oxatanlar
həyata keçirilməsi mümkün olmayan işləri üzərlərinə
götürəcəklər.
Bu gün sadəlövhlüyünüz başınıza bəla aça bilər: etibarınızdan
yararlanan düşməniniz sizi çətin bir oyuna salar. Sevdiyiniz şəxsin
məsləhətlərinə diqqətlə qulaq asın, məhz o sizi qorumağa
çalışır.
Oğlaq - neytral gündür. Yalnız gücünüz çatan işlərdən yapışın və
yalnız özünüzə güvənin. Sizə kömək etməyə söz verən adamlar hansısa
səbəblərdən (istəməyərək və ya qəsdən) vədlərinə xilaf çıxacaqlar.
Maliyyə itkiləri gözlənilir.
Enerjiniz çoxdur. Yorğunluğun nə olduğunu bilməyəcəksiniz. Aktiv
istirahət, gəzintilər, idman bu gün sizə gərəkli və faydalıdır.
Əyləncəli məkanlara da gedə bilərsiniz, daha çox ayaq üstə
olacağınız məkanı seçin.
Dolça - xüsusi bir planı olmayanlar üçün gün çox uğurludur. Amma
əgər möhtəşəm ideyalarınız varsa, onları bir kənara qoyun. İş
görüşləri sizin təxmin etdiyiniz kimi keçəcək, başgicəlləndirici
təkliflər heç gözləməyin, amma qarşılıqlı sərfəli sövdələşmələr
mümkündür.
Dostlarınız və ailə üzvlərinizlə ünsiyyət, əyləncəli tədbirlərdə
iştirak əhvalınızı yüksəldəcək. Həm özünüzün, həm də başqalarının
qayğısına qalırsınız. Köhnə tanışlarınız sizi hədiyyə ilə
sevindirəcəklər.
Balıqlar - bu yaxınlarda buraxdığınız səhvlərin düzəldilməsi üçün
münasib gündür. Canfəşanlıq etmək lazım deyil. Üstəlik, bəzi
işlərinizdə köməkçiləriniz və müttəfiqləriniz sizə yardımçı
olacaqlar. Gələcək planların müzakirəsini aparın: bu gün əldə
etdiyiniz razılaşmalar sizi bir çox qayğıdan qurtaracaq.
Səfərlərə çıxa bilərsiniz. Amma bilet alınması, sənədlərin
hazırlanması və s. kimi işləri yaxşı olar ki, başqalarına
tapşırasınız