Azərbaycan Gürcüstandan şərab idxalını kəskin artırıb
Bu ilin yanvar-aprel aylarında Gürcüstandan 55 ölkəyə 28,3 milyon şüşə şərab ixrac olunub.

Bu barədə ölkənin Milli Şərab Agentliyindən bildirilib.

İllik müqayisədə ixracın həcmi 15 % artıb. İxracdan əldə olunan gəlir isə ötən ilin eyni dövrünə nisbətdə 7 % artaraq 65 milyon ABŞ dollarına bərabər olub.

Hesabat dövründə Azərbaycan Gürcüstandan 112 025 şüşə şərab idxal edib. Bu, illik müqayisədə 113 % çoxdur.

İlk 4 ayda gürcü şərabının əsas idxalçıları Rusiya, Ukrayna, Polşa, Çin və Qazaxıstan olub.

Mənbə: report.az
Print