Gürcüstanın keçmiş baş prokuroru və ədliyyə naziri (2004-2012)
Zurab Adeişvili Gürcüstan vətəndaşlığından məhrum edilib.
Bu barədə ölkənin Ədliyyə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Z.Adeişvili Ukrayna vətəndaşlığı aldığından
Gürcüstan vətəndaşlığından imtina etməsi ilə bağlı bu ilin martın
4-də müraciət edib.
Sənədə baxılandan sonra vətəndaşlığa xitam verilməsi ilə bağlı
qərar Gürcüstan prezidentinə təqdim olunub. Dövlət başçısı ötən gün
qərarı təsdiqləyib və sabiq nazir Gürcüstan vətəndaşlığından məhrum
edilib.
Mənbə: report.az