İndiki mərhələdə Marneulinin 16 məktəbində birinci sinfə heç bir şagird qeydiyyatdan keçməyib
Marneulinin ictimai məktəblərində birinci siniflərin qeydiyyatının iki mərhələsi başa çatıb. Bələdiyyədə olan təhsil müəssisələrində indiki mərhələdə 2043 boş yer qalıb. Yerlərin maksimum sayı 2792-dir. Göstəricilər Təhsil Nazirliyinin rəsmi veb-səhifəsində yayımlanıb.

Elə məktəblər var ki, şagird qəbul etmək limiti artıq dolub: Saimerlo ictimai məktəbi (25 şagird), Marneuli 2 saylı ictimai məktəbi (50 şagird), Marneuli 5 saylı ictimai məktəbi (100 şagird), Marneuli 6 saylı ictimai məktəbi (150).

Elə məktəblər var ki, birinci sinfə getmək üçün hələ də heç bir şagird qeydiyyatdan keçməyib. Bu məktəblər Ulaşlı məktəbi (15 yer), Tserakvi məktəbi (6 yer), Yuxarı Saral məktəbi (25 yer), Sabirkənd 1 saylı məktəbi (60 yer), Sadaxlı 2 saylı məktəbi (80 yer), Şaumyan 3 saylı məktəbi (25 yer), İmir, İmirçala məktəbi (30 yer), Güllübağ məktəbi (10 yer), Qasımlı məktəbi (100 yer), Qaçağan 2 saylı məktəbi (30 yer), Qırıxlı məktəbi (25 yer), Kirovka məktəbi (20 yer), Ağməmmədli məktəbi (50 yer), Axlı-Lələ məktəbi (25 yer), Dəmyə-Görarxı məktəbi (30 yer), Daştəpə məktəbi (25 yer).

2021-2022-ci tədris ili üçün məktəblərdə I mərhələdə xüsusi təhsilə ehtiyac duyan uşaqlar qeydiyyatdan keçib. İkinci mərhələdə isə bacı-qardaşı həmin məktəbdə təhsil alan, valideyni/qəyyumu həmin ictimai məktəbin əməkdaşı olan, bir ailədən eyni zamanda iki, yaxud daha çox uşaq birinci sinfə gedən uşaqlar qeydiyyatdan keçib. İkinci mərhələ 11 may tarixində başa çatıb.

Yerli Təhsil Resurs Mərkəzindən bildirirlər ki, 13 mart tarixində qeydiyyatın əsas mərhələsi başlayıb. Bir qayda olaraq həmin mərhələdə ən çox birinci sinif şagirdi qeydiyyatdan keçir. İndiki mərhələdə Marneulinin 74 ictimai məktəbində 2792 yerdən yalnız 749-u dolub. III mərhələ – ümumi qeydiyyat 13 may tarixindən 5 iyun tarixinə qədər davam edəcək. Qeydiyyat Təhsilin İdarəolunması Məlumat Sisteminin rəsmi veb-səhifəsində – registration.emis.ge-də həyata keçirilir.

IV mərhələyə gəldikdə isə qeyd edək ki, IV mərhələ 24 iyundan 10 iyula qədər məktəblərdə həyata keçiriləcək. İndiki mərhələdə qalmış boş yerlərə I, II və III mərhələlərdə qeydiyyatdan keçə bilməyənlər və qeydiyyatını dəyişmək istəyənlər qeydiyyatdan keçəcək. Dördüncü mərhələdə şagirdin qeydiyyatdan keçməsini ictimai məktəb valideyn/qanuni nümayəndə tərəfindən təqdim olunacaq vacib sənədlər əsasında təmin etməlidir.

Birinci sinfə qəbul olmaq üçün vacib sənədlər:
  • Şagirdin qanuni nümayəndəsinin ərizəsi. Ərizədə qanuni nümayəndənin yaşayış yeri və telefon nömrəsi ilə bağlı məlumat qeyd olunmalıdır.
  • Şagirdin doğum şəhadətnaməsi, yaxud şəxsiyyət vəsiqəsinin surəti və Gürcüstanda müvəqqəti yaşama icazəsini təsdiq edən sənədin surəti (belə hal olarsa).

"Marneuli" Radiosu
Print