“Təbrik üçün çox sağ olun” – müsəlman icmasının Ramazan bayramını təbrik etməyən bələdiyyələrə etirazı
“Ramazan bayramınız mübarək və vətəndaşlara bərabər səviyyədə diqqət “ayırdığınız” üçün sizə minnətdarlığımızı bildiririk” – artıq iki gündür Gürcüstanın müsəlman icmasının nümayəndələri bu məzmunlu paylaşımlar edir və yerli özünüidarədən reaksiya gözləyirlər.

Dünən, 13 may tarixində müsəlman icması Ramazan bayramını qeyd etdi. Gürcüstan yerli özünüidarələrinin əksəriyyəti Ramazan təbriki yayımlamayıb.

“Salam” platformasının üzvü Kamran Məmmədov yerli özünüidarələrin müsəlmanları Ramazan bayramı münasibəti ilə təbrik etməməsinə etiraz edənlərdən biridir. Kamran paylaşımından Mtsxeta meriyasını işarələyib və Ramazan bayramını təbrik edib.

“İlk olaraq bu çox spontan proses idi. Əvvəlcə əsasən Qardabani meriyasına qarşı etiraz edilirdi. Sonra düşündük ki, etirazın miqyasını genişləndirsək, yaxşı olar. Təəssüf ki, Bolnisi, Dmanisi, Qardabani bələdiyyələrinin heç biri müsəlmanları təbrik etməmişdi. Bir gün əvvəl isə Andrianın anım günü, Qiorqoba bayramları münasibəti ilə təbriklər yerləşdirilmişdi. Yerli sakinlər bu bayramı qeyd edir və yaxşı olar ki, özünüidarə öz əhalisini təbrik etsin. Ancaq müsəlman bayramlarına laqeydlik və saymamazlıq problemdir”
, – Kamran Məmmədov bildirdi.

“Salam”-ın üzvünün sözlərinə görə, yerli özünüidarələrin Ramazan münasibəti ilə əhalini təbrik etməməsi göstərir ki, özünüidarə öz əhalisi barədə heç düşünmür də.

“Çox maraqlıdır ki, bu prosesə Axmeta bələdiyyəsinin Pankisi ərazisinin sakinləri, eləcə də acar müsəlmanlar, Tsalka müsəlmanları da qoşulub və çox maraqlı proses yaranıb. Bir tərəfdən fəallar öz mövqelərini bildiriblər və ən əsası bu aydın göstərib ki, yalnız Qardabanidə, Kvemo Kartlidə deyil bu problem bütün ölkədə mövcuddur.”


Özünüidarələrin Ramazan bayramını təbrik etməməsinə “Salam” müraciətlə münasibətini bildirib. “Salam”-ın müraciətinə görə, yerli səviyyədə təbrikin olmaması özünüidarələrin müsəlman icmasına qarşı münasibətini və müsəlmanların özünüidarənin fəaliyyətindən təcrid olunduğunu aydın göstərir. Həmçinin, “Salam” bildirib ki, bir halda ki, Pasxa bayramından belə qərar qəbul edilmişdi, Ramazan ayında, Qədr gecəsində də komendant saatının vaxtının dövlət tərəfindən dəyişdirilməsi müsbət addım olardı.


Print Email
FaceBook Twitter Google