14 may tarixində Marneulidə Ramazan bayramı ilə bağlı tədbir keçiriləcək
Bu gün Marneulidə, Mədəniyyət evinin qarşısında, saat 17:00-da Ramazan bayramı münasibətilə tədbir keçiriləcək. Bu barədə “Marneuli” radiosu ilə söhbəti zamanı Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin şeyxi və sədri Mirtağı Əsədov məlumat verdi. Onun sözlərinə görə, şənlik əsasən uşaqlar üçün nəzərdə tutulub. Bayram şənliyində uşaqlara şirniyyatlar və dondurma paylanacaq, dini musiqilər səsləndiriləcək.

Mirtağı Əsədovun dediyinə görə, bayramın keçirilməsində əsas məqsəd Gürcüstanda yaşayan digər xalqların dini və milli azlıqların bayramlarına diqqət yetirmələri və adətlərlə tanış olmalarıdır.

Qeyd edək ki, 13 may tarixində dünya müsəlmanları Ramazan bayramını qeyd etdilər.


Print Email
FaceBook Twitter Google