20 iyun tarixində Bakıda təşkil olunacaq “Khojaly Global Promotion
– 3 CUP” yarışına Gürcüstan idmançıları da dəvət alıblar.
Bu barədə “Marneuli” radiosu ilə söhbəti zamanı “Gürcüstan
Azərbaycanlı İdmançılar Birliyi”-nin sədri Tofiq Əkbərəov məlumat
verdi. Onun sözlərinə görə, "Gürcüstan Azərbaycanlı İdmançılar
Birliyi" tərəfindən yarışa Gürcüstandan iki idmançı göndəriləcək.
Onlar 65 kq-da Emil Xəlilov və 75 kq-da Davit Cavaxiadır.
“Dalga Beach Aquapark Resort” Ailəvi İstirahət Mərkəzində baş
tutacaq turnirdə peşəkar Boks, Kung-Fu, MMA, MUAY THAI və K-1 üzrə
yarışlar keçiriləcək.
Qeyd edək ki, Bakıda keçiriləcək yarış “Khojaly Global Promotion”
şirkətinin təşkilatçılığı ilə baş tutacaq. Şirkətin əsas məqsəd
peşəkar idmançıların yetişdirilməsi və Xocalı həqiqətlərini dünyaya
çatırılmasından ibarətdir.