“Khojaly Global Promotion-3” yarışında Gürcüstan idmançıları da iştirak edəcək
20 iyun tarixində Bakıda təşkil olunacaq “Khojaly Global Promotion – 3 CUP” yarışına Gürcüstan idmançıları da dəvət alıblar. Bu barədə “Marneuli” radiosu ilə söhbəti zamanı “Gürcüstan Azərbaycanlı İdmançılar Birliyi”-nin sədri Tofiq Əkbərəov məlumat verdi. Onun sözlərinə görə, "Gürcüstan Azərbaycanlı İdmançılar Birliyi" tərəfindən yarışa Gürcüstandan iki idmançı göndəriləcək. Onlar 65 kq-da Emil Xəlilov və 75 kq-da Davit Cavaxiadır.

“Dalga Beach Aquapark Resort” Ailəvi İstirahət Mərkəzində baş tutacaq turnirdə peşəkar Boks, Kung-Fu, MMA, MUAY THAI və K-1 üzrə yarışlar keçiriləcək.

Qeyd edək ki, Bakıda keçiriləcək yarış “Khojaly Global Promotion” şirkətinin təşkilatçılığı ilə baş tutacaq. Şirkətin əsas məqsəd peşəkar idmançıların yetişdirilməsi və Xocalı həqiqətlərini dünyaya çatırılmasından ibarətdir.

"Marneuli" Radiosu
Print