Kutaisinin Çavçavadze prospektində silahlı qarşıdurma baş verib.
"Kutaisipost"-un verdiyi məlumata görə, şəhərin mərkəzi hissəsində
bir nəfər bir neçə dəfə vurularaq yaralanıb.
Yerli mətbuat fiziki qarşıdurmanın daha sonra atışma ilə davam
etdiyini yazıb.
Daxili İşlər Nazirliyindən "On.ge"-ə verilən məlumata görə, hadisə
ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin odlu silah
alqı-satqısı/saxlama və qəsdən sağlamlığa ağır zərər vurma faktını
nəzərdə tutan 236 və 117-ci maddələri üzrə istintaq aparılır.