Mtsxeta Bələdiyyəsinin Muxrani kəndində kişi qətlə yetirilib və
oğlu hadisə səbəbiylə intihar edib.
Mövcud məlumatlara görə, kəndlilər arasındakı mübahisə qanlı
qarşıdurmaya çevrilib, orta yaşlı kişi qonşusu tərəfindən balta ilə
ölümcül yaralanıb, klinikaya aparılıb, ancaq kişinin həyatını xilas
etmək mümkün olmayıb.
Mərhumun oğluna gəlincə, hadisədən üç gün sonra intihar edib.
"Çox yaxşı ata olduğu üçün bu qədər təsir
etdi", - deyə yerli sakinlər bildirib.
Hələlik qətlin səbəbi məlum deyil.
Daxili İşlər Nazirliyindən "Info Rustavi"-yə verilən məlumata görə,
cinayəti törədən şəxsin kimliyi hələ müəyyənləşdirilməyib.
"Hadisə ilə bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürməyi
nəzərdə tutan 108-ci maddəsi ilə istintaq aparılır.
Törədilmiş cinayətə görə, 7 ildən 15 ilədək həbs cəzası nəzərdə
tutulur", - deyə qurumdan bildirib.