Gürcüstanda daha 811 nəfər koronavirusa yoluxub
Gürcüstanda ötən sutkada daha 811 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib, 13 pasiyent ölüb.

Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Hazırkı dövrədək ölkədə COVID-19-a 356 179 yoluxma halı təsdiqlənib. Yoluxanların 5 096-sı vəfat edib.

Son 24 saat ərzində xəstəlikdən 672, ümumilikdə 341 775 nəfər müalicə olunaraq sağalıb.
Print Email
FaceBook Twitter Google