Gürcüstanda deputat mandatından imtina edən siyasi partiyalar
dövlətdən maliyyə yardımı ala bilməyəcəklər.
Gürcüstan parlamenti bununla bağlı qanun layihəsini üçüncü oxunuşda
qəbul edib.
Qanun layihəsində deyilir ki, parlament seçkilərində mandat
qazanmış siyasi partiya üzvlərinin yarısı və ya yarıdan çoxu
deputat mandatından imtina edərsə, həmin partiya dövlət tərəfindən
ayrılan büdcə vəsaitindən məhrum ediləcək. Həmçinin həmin partiya
pulsuz efir vaxtı da ala bilməyəcək.
Qanun layihəsi 79 səs lehinə və 22 səs əleyhinə olmaqla qəbul
edilib.
Mənbə: azertac.az